Menu

RUSİYANIN ENGELS AERODROMU YENƏ VURULDU – 3 hərbçinin ölümü təsdiqlənib (VİDEO)

26.12.2022, 12:35
RUSİYANIN ENGELS AERODROMU YENƏ VURULDU – 3 hərbçinin ölümü təsdiqlənib (VİDEO)

Ukrayna Silahlı Qüvvələri Rusiya strateji aviasiyasının yerləşdiyi Engels aerodromuna növbəti dron hücumunu həyata keçirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Rusiya tərəfi isəbildirib ki, "dronlar vurulub, amma yerə düşən qalıqları 3 hərbçinin ölümünə səbəb olub".

Ekspertlərə görə, bu açıqlama aerodromda hansısa vacib obyektin vurulduğunu dolayısı ilə təsdiqləyir.

Saratov vilayətində yerləşən Engels aerodromu Ukrayna sərhədindən 600 km məsafədə yerləşir.

Xatırladaq ki, dekabrın 5-də də Ukrayna ordusu ora hücum təşkil etmiş, nəticədə Rusiya hərbi aviasiyasının 3 strateji bommardmançısı zədələnərək sıradan çıxarılmışdı.

Məlumatlara görə, cəbhənin Luqansk vilayəti istiqamətində - Kremennaya və Svatovo şəhərləri ətrafında gedən döyüşlərdə Ukrayna ordusu ciddi uğurlarlar əldə edib.

Rasim

“AzPolitika.info”



Şərhlər

Vətəndaş 2022-12-26 14:48:30

İNŞALLAH MOSKVADA VNUKOVO AƏROPORTU VURULSUN. BİZİM DƏ BÜTÜN DÜNYANIN DA BU FAŞİSTLƏRDƏN CANI QURTARSIN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol