Menu

TALIBOVLAR “QEYBƏ ÇƏKİLİBLƏR” – Sanki Naxçıvanda belə bir tayfa yaşamır...

26.12.2022, 20:17
TALIBOVLAR “QEYBƏ ÇƏKİLİBLƏR” – Sanki Naxçıvanda belə bir tayfa yaşamır...

Bir neçə gündür ki, “səhhətinə görə” istefa verən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovu və onun yaxın qohumlarını Naxçıvanda “gördüm” deyən yoxdur.

“AzPolitika.info”-nun Muxtar Respublikadakı mənbələri bildirir ki, nə Vasif Talıbovun özü, nə oğlu Seymur, nə də rəsmən Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini daşıyan qardaşı Məhərrəm Talıbov üz-araya çıxmır. Məlumatda qeyd olunur ki, Talıbovun müxtəlif dövlət idarələrində vəzifə tutan qardaşı oğulları və digər yaxın qohumları da Naxçıvanda gözə dəymirlər. Bir sözlə, talıbovlar “qeybə çəkiliblər” və sanki uzun illər Naxçıvanda “at oynadan”, “qılıncının dalı da, qabağı da kəsən”, Azərbaycan dövlət büdcəsindən Muxtar Respublikaya ayrılan vəsaitlərdən tutmuş gömrükdən gələn “qara pullara” qədər mənimsəyib, yüz milyonlara, hətta milyardlara sahib olan, Azərbaycan qanunlarını ayaq altına alıb, öz “əndrəbadi” qanunlarını tətbiq edən bunlar deyildi. İndi onları nə görən var, nə eşidən. Sanki Naxçıvanda belə bir tayfa yaşamır...

Talıbovların bu cür “qeybə çəkilmələrinin”, necə deyərlər, sıçan deşiyini satın almalarının onların hazırkı əzgin mənəvi-psixoloji durumu, yoxsa naxçıvanlıların qəzəbindən və tənəsindən çəkinmələri ilə bağlı olduğunu deyə bilmərik. Onu da deyə bilmərik ki, bu vəziyyət nə vaxta qədər belə davam edəcək. Onların ümumiyyətlə, Naxçıvanda yaşayıb-yaşamayacaqları da hələ bəlli deyil. Ancaq onu deyə bilərik ki, talıbovlar hazırkı durumlarında nəinki Naxçıvanı, ümumiyətlə, Azərbaycanı tərk etməyi arzulayırlar, əlbəttə ki, əgər onları buraxan olsa... 

“AzPolitika.info”

Şərhlər

Elmira 2022-12-27 16:47:37

Olmaya, taladlqlarını müsadirə etməyəcəklər???!!!

Cəlaloğlu Məmmədova 2022-12-27 08:46:41

Ay Cəlaloğlu sən də onlardansan də! Nə baş ağrıdırsan.Bəs deyil,boşboğazlıqla yaşadın?Çəkilin,itin,qoy millət sakit.normal yaşasın!AD souad dəyişib düşmüsünüz yazıq xalqın əsəblərini korlamaqla məşğulsunuz.Guyasənin çərənləmənlə nəsə dəyişcək?

Fərəməz 2022-12-27 00:00:39

Butada təəəcüblü nə var ki? Talıbovlara Naxçıvan kormuşka,varlanmaq üşün lazım idi.Yoxsa onların Naxçıvanda nə ölümü var idi?yığdılar,doydular,gördülər ki,daha bəsdir bu şounu düzəldib hər şey əllərində qalmaqla çəkildilər kənara!Bax bu məsələnin kökü.Onlara Naxçıvan nəyə gərəkdir.Onlar istədikləri Dünya ölkələrində firavan yaşamaq imkanları əldə ediblər.Bir də heç kim onları mühakimə etməyəcək.Bunu da unutmayın.Bura Azəraycandır.

Azərbaycanlı 2022-12-26 23:14:43

Gedib 100 milyadla kef çəkəcəklər. Biz də bütün milltin böyük hissəsi ehtiyac içində çörək pulina möhtac. Talobilər,bizdən olmayan bir qrup quldur banda bizi talan qarət ediblər. Biz isə susuruq yatırıq. Yataq görək axırımız necə olacaq

Rasim Quliyev 2022-12-26 22:22:27

Ne veclerine maximum 100 mln verecekler bununlada ish bitecek

Moshu 2022-12-26 21:52:49

Eşq olsun Azpolitika

TT 2022-12-26 19:09:49

Kecmish olsun heeee?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol