Menu

“İranın silah zavodlarını məhv etmək lazımdır” - Podolyak çağırış edib

27.12.2022, 00:13
“İranın silah zavodlarını məhv etmək lazımdır” - Podolyak çağırış edib

Dünya birliyi İranın silah zavodlarının məhv edilməsinə və işləməyən sanksiyaların əvəzində ehtiyat hissələrinin tədarükçülərinin həbsinə başlamalıdır.

Bu barədə Ukrayna Prezidenti Ofisinin başçısının müşaviri Mixail Podolyak bəyan edib («UNİAN»).

O, qeyd edib ki, İran Rusiyaya silah tədarükü həcmini artırmağı planlaşdırır. Podolyakın fikrincə, Tehran bununla beynəlxalq sanksiyaların bütün institutunu «nümayişkəranə şəkildə aşağılayır».

«Vacibdir ki, «işləməyən sanksiyalar»dan, «BMT-nin fəaliyyət göstərməyən qətnamələrindən» imtina edilsin və daha dağıdıcı instrumentlərə keçilsin - istehsalatların məhvinə və tədarükçülərin həbsinə» - o, öz tvittində yazıb.

Qeyd edilməlidir ki, İran Ukrayna müharibəsində istifadə üçün təkcə Rusiyaya silah tədarük etmir, həm də Cənubi Qafqazın «baş ağrısı»na çevrilmiş Ermənistanı silahlandırır - bu barədə yetərincə məlumatlar var. Məsələn, KİV-in məlumatına görə, İranın molla hökuməti Ermənistanı silahlandırmaq istiqamətində bu terrorçu rejimə 600 raket bağışlayıb.

Göründüyü kimi, terroçu terroçunu asanlıqla tapır - başqa sözlə, bir atalar məsəlində deyildiyi kimi «su axar - çuxuru tapar».

AzPolitika.info

Şərhlər

Roma 2022-12-27 09:26:54

İranın tək silah zavodları yox, siyasi sistemi dəyişməlidir, İslam sözü dövlətin adından çıxarılmalıdır. Məscidləri dağıdan, orada Donuz saxlayanlara maddi mənəvi dəstək verənin İslamla nə əlaqəsi ola bilər???...Bir sözlə İran erməninin tək dostu yox, onu maliyyələşdirən silah-sursatla təchiz edən, xain, şovinist, Azərbaycanın düşmənidir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol