Menu

Rafiq Tağının qardaşı baş prokurora teleqram vurub

14.11.2014, 16:10

rafiq01Qətl qurbanı olan yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağıyev baş prokuror Zakir Qaralova teleqram göndərib.

“Media forum” saytına açıqlamasında İlqar Tağıyev teleqramı ötən həftə göndərdiyini deyib: “Oktyabrın 1-də baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında qardaşımın qətli ilə bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdiyini demişdi. Teleqramda baş prokurorla görüşmək, ondan bu günə qədər hansı əməliyyat-axtarış tədbirlərinin aparıldığı, hansı ip uclarının araşdırıldığı, nələrin tapıldığı, hansı şübhəli məqamların olduğu barədə məlumat almaq istədiyimi bildirmişəm.

Rafiq Tağının qətli hansısa şəxsi qisas zəminində baş vermiş bir cinayət əməli deyil. Burda sifariş var. İstintaqın 3 il ərzində heç olmasa şübhəli məqamları müəyyənləşdirməməsinin özü belə şübhəlidir”.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, noyabrın 23-də isə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də cinayət işi üzrə icraatı dayandırıb. Bu qərardan məhkəməyə verilən şikayət təmin olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol