Menu

OĞRU ELƏ BAĞIRDI Kİ – Pentaqon Putini öldürməyə hazırlaşır?

28.12.2022, 11:11
OĞRU ELƏ BAĞIRDI Kİ – Pentaqon Putini öldürməyə hazırlaşır?

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun fikrincə, Pentaqondan Kremlə zərbə endirilməsi barədə bəyanatlar səslənir. Faktiki olaraq, mahiyyət etibarilə Rusiya dövlətinin fiziki baxımdan aradan götürülməsi hazırlanır (TASS).

Lavrovun fikrincə, vaşinqtondakılar daha uzağa gedirlər: orada hansısa «adları çəkilməyən rəsmi şəxslər» faktiki olaraq, Kremlə «başkəsici zərbə» endirməklə hədələyirlər, mahiyyət etibarilə söhbət Rusiya dövlətinin başçısının aradan götürürməsi təhlükəsindən gedir. "Əgər gerçəkdə belə ideyalar kimlər tərəfindənsə daşınırsa, həmin kimsə belə planların mümkün nəticələri barədə çox yaxşı fikirləşməlidir" - Lavrov bir növ, «preventiv zərbə endirmək» cəhdi göstərib.

Onun sözlərinə görə, guya Qərbdən Rusiyanın nüvə sferasına da zərbə endirilməsi təhdidləri gəlməkdədir.

«Oxşayır ki, orada hər-hansı ləyaqəti kənara tullayıblar. Xüsusilə, paplaq şəkildə Liz Trass (Britaniyanın keçmiş Baş naziri) özünü göstərir, o, şübhə etmədən seçkiqabağı debatlarda bəyan edib ki, nüvə zərbəsi endirməyə tam hazırdır…» - nazir qeyd edib.

Əslində isə Ukraynaya təcavüz başlayandan sonrakı dövr ərzində, müəyyən fasilələrlə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və onun ətrafındakı məmurlar yeri gəldi-gəlmədi, dünyanı nüvə zərbəsi ilə hədələməkdən çəkinməyiblər. Ukrayna Prezidenti Volodimir Zelenskini öldürəyi isə Rusiya Prezidentinin Çeçenistanın başçısı Ramzan Kadırova tapşırdığı barədə dünya KİV-də yetərincə məlumat dərc olunub. İndi isə görünən odur ki, Rusiyanın erməni mənşəli XİN rəhbəri əsl erməni əxlaqına uyğun olaraq, necə deyərlər, qabaqdangəlmişlik edir. Başqa sözlə, sürüşkənliyi ilə seçilən Lavrov bir atalar məsəlində deyildiyi kimi «qara məni basınca, mən qaranı basım» deyir, yaxud, «oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı» edir.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol