Menu

Cəmil Həsənli Türkiyədədir, sabah ABŞ-a uçur

13.11.2013, 14:55
Cəmil Həsənli Türkiyədədir, sabah ABŞ-a uçur

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi, professor Cəmil Həsənli ABŞ-a səfərə çıxıb. Səfərə qardaş Türkiyədən başlayan C. Həsənli hazırda Ankaradadır. Milli Şuranın mətbuat xidmətinə səfəri ilə bağlı məlumat verən Cəmil Həsənli bildirib ki, bu gün Ankarada keçirilən bir konfransda iştirak edəcək və sabah ABŞ- a səfərini davam etdirəcək: "Hələ ki, Ankaradayam və burada Atatürk Araşdırma Mərkəzi və Ankara Hacıtəpə Universitetinin birgə keçirdiyi "90 yılında Lozan ve Turkiye Cumhuriyyeti" adlı bir konfransda məruzəm var. Eyni zamanda, gunortadan sonra keçiriləcək bir iclasa sədrlik edəcəm. Noyabrin 14-ü burdan Vaşinqtona uçacam.”

Milli Şuranın üzvü, professor Cəmil Həsənlinin ABŞ səfəri, keçirdiyi görüşlər və qatıldığı tədbirlər barədə əlavə məlumatlar veriləcək.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol