Menu

Ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb

27.12.2022, 15:33
Ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb

Ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb.

APA xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, sözügedən xəstəliklər ardıcıllıqla psixi və davranış pozğunluğu, sinir, onkoloji, göz və qan dövranı xəstəlikləridir.

"Bütün təyin olunan əlilliyin 60 faizi bu xəstəliklərin payına düşür" - deyə o Agentlik sədri qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol