Menu

Rus ordusu hücum taktikasını dəyişib – “Onlar böyük itkilər verərək, geri çəkilirlər”

27.12.2022, 17:32
Rus ordusu hücum taktikasını dəyişib – “Onlar böyük itkilər verərək, geri çəkilirlər”

Hücum taktikasını dəyişən rus ordusu Baxmut yaxınlığında böyük itkilər verib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın “UNİAN” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, son sutkada Baxmut yaxınlığında ukraynalı döyüşçülərlə rus işğalçılar arasında 20-dən çox toqquşma olub.

Ötən gün Baxmut istiqamətində rus ordusunun 77 hərbçisinin həlak olduğu, 125-nin isə yaralandığı bildirilir. 

Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib ki, rus ordusu bir sıra taktiki dəyişikliklərə gedib və çoxlu sayda itkilər verib: “Onlar artıq batalyon tərkibində döyüşmürlər, 20 nəfərlik kiçik qruplara bölünürlər və döyüş meydanına səpələnərək, irəli mövqelərə yaxınlaşmağa çalışırlar. Lakin bu hücumlar uğursuz olur və onlar böyük itkilər verərək, geri çəkilirlər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol