Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.
"AzPolitika" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.
Onu da qeyd edək ki, bundan əvvəl Naxçıvan MR Daxili İşlər Nazirliyinin ləğv olunduğu, onun yerində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsinin yaradıldığı bildirilirdi. Ancaq bu məlumat təsdiqini tapmayıb.
***
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsinin rəisi Süleyman Nemətov artıq işinin başındadır.
"AzPolitika.info"-ya MR-dəki mənbələrdən verilən məlumata görə, yeni rəis özüylə birlikdə Bakıdan gətirdiyi rəhbər heyətlə birlikdə bu səhər işə çıxıb.
"Hazırda kabinetindədir", mənbə deyib.
***
Xeyli vaxtdır gözlənildiyi kimi, Naxçıvan MR Daxili İşlər Nazirliyi ləğv olunub, onun yerində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsi yaradılıb.
“AzPolitika.info”-ya mötəbər mənbədən daxil olan məlumata görə, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov Naxçıvan MR Baş Polis İdarəsinin rəisi təyin olunub.
S.Nemətov sabahdan etibarən yeni vəzifəsinin icrasına başlayacaq.

Mənbənin bildirdiyinə görə, S.Nemətov Naxçıvana tək getməyib. Onunla birlikdə Naxçıvan polisində yüksək vəzifələri tutacaq 5-6 nəfər də MR-ə yollanıb.
Əslən Babək rayonunun Nehrəm kəndindən olan S.Nemətov Suraxanı polisindən əvvəl Quba polisinə rəhbərlik edib.
DİN sistemindəki mənbələrin bildirdiyinə görə, nazir Vilayət Eyvazovun etimad göstərdiyi polis zabitlərindəndir.
S.Nemətovun Suraxanı rayonu ərazisindəki narkomafiyaya qarşı amansız davrandığı və bu istiqamətdə ciddi uğurlar qazandığı bildirilir.
***
"AzPolitika.info"-ya verilən məlumata görə, Naxçıvan polisinə Bakıdan yeni rəis göndərilib. Bu vəzifəyə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov təyin olunub.
Dəqiqləşdirə bilmədiyimiz məlumata görə, Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər Nazirliyi ləğv edilib. Əvəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR üzrə Baş İdarəsi yaradılıb.
Əlavə məlumat veriləcək
“AzPolitika.info”

Şərhlər
Bu qəddarlıqda ad çıxarmış Süleymandır,ləqəbi " Çakır".İnşəallah naxçıvanlılar bunun öhdəsindən gələrlər. Vasif Talıbov ona kim olduğunu başa salar yəqin. Hələlik səfanı sür Çakır,Allah səndən də böyükdür.
Hökmən ora naxçıvanlı rəis getməlidir?
Bu Suleymanın polis sisteminde etdiyi ...Yazıq oldu naxçivanlıların hayına.Açımasız, qeddar adamdır.
Bunu 30 il bundan əvvəl etmək lazım idi/.Bizimkilər hadisələri qabaqlamaq düşünmür,ardınca gedirlər.Ona görə bu vəziyyətə düşmüşük.'