Məşhur “Badamlı” və “Sirab” sularını istehsal edən müəssisələrin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova məxsus olduğu heç kimə sirr deyil. Zatən bütün böyük biznes strukturları, ümumilikdə dövlət və özəl sektoru Talıbovun və ailə üzvlərinin total nəzarətində olan muxtar respublikada “Sirab” və “Badamlı” kimi iri və yüksək gəlirli müəssisələrin başqa bir adamın əlində olmasını təsəvvür etmək belə mümkün deyil...
Lakin istisna etmək omaz ki, V.Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsilə birgə böyük bizneslərini, ən azından onların bir hissəsini də itirə bilər. Bu baxımdan “Sirab” və “Badamlı”nın gələcək taleyi maraq doğurur. Təxmini hesablamalar göstərir ki, bu şirkətlərin gündəlik içməli su satışı yüzlərlə, bəlkə də minlərlə tonla ölçülür. Azərbaycanda nəinki paytaxtda və iri şəhərlərdə, ən ucqar kəndlərdə belə bu şirkətlərə aid suların satışı təşkil olunub. Qiyməti də kifayət qədər yüksəkdir.

Mövcud satış qiymətlərinə baxsaq, görərik ki, bu mineral suların satış qiyməti az qala dünya bazarındakı neftin qiymətilə eynidir. Nəzərə alsaq ki, neftdən fərqli olaraq, suyun istehsalı dəfələrlə daha rahat və ucuz başa gəlir, deməli, onun hər litrinin satışından əldə olunan qazanc da daha çoxdur.
Onu da qeyd edək ki, bu suların təkcə Azərbaycanda deyil, xarici, xüsusilə də qonşu ölkələrdə də satışı təşkil olunub. Məlumat üçün bildirək ki, “Badamlı” sularını istehsal edən müəssisə 2004-cü ildə Talıbovlara aid “Gəmiqaya Mineral Sular” MMC şirkəti tərəfindən özəlləşdirilib. “Sirab” sularını istehsal edən müəssisə isə 2003-cü ildə “Babək-Sirab” ASC-yə çevrilib. “Badamlı” və “Sirab” sularının ölkədəki topdan və pərakəndə satışını da Talıbovlara məxsus “Gəmiqaya Mineral Sular” MMC həyata keçirir.

Məlum məsələdir ki, “Badamlı” və “Sirab” suları təkcə Naxçıvan deyil, bütünlükdə bir Azərbaycan brendidir. Onun mənbəyi isə Azərbaycana məxsus olan təbii sərvətimizdir. Neft və təbii qaz necə milli sərvətimizdirsə, “Badamlı” və “Sirab” da o cür milli sərvətdir. Ona görə də, ondan əldə olunan qazancın hansısa talançı məmurun cibinə axması yolverilməzdir.
Odur ki, lazım gələrsə, bu yataqları və oradakı istehsalı milliləşdirmək və dövlətin nəzarətinə vermək olar. Ən azından “Badamlı” və “Sirab” sularının Naxçıvanı və Azərbaycanın dövlət büdcəsini talamış Talıbovun nəzarətində qalması və bundan sonra da ona milyonlarla qazanc gətirməsi ədalətsizliyin davam etməsi demək olardı...
R.Əliyev
“AzPolitika.info”

Şərhlər
Heç kimə sirr deyil ki, respublikanın bütün ərazisində, istər toy, isyərsə də yas mərasimi olsun, masalar “Badamlı” və “Sirab” suları ilə dolu olur. Naxçıvanın rəsmi ərazisi 5502,75 kv.km-dir. Hətta bütün ərazi mineral sularla ağzına kimi zəngin olsa belə bu qədər suyun respublika ərazisinə paylanılması, sağlam məntiq buna yol vermir. Ağıla belə bir fikir gəlir ki, yəqin bu sular adi sular hesabına, filtrdən keçirmək şərtilə əhaliyə sırıdılır. İndi hesablayın görün bu Allahın xüsusi bəndələri Azərbaycan ailəsinin qulağını nə qədər uzunluğunda kəsiblər? Ola bilər ki, səhv edim, Naxçıvanlılardan xahiş edərdim yanlışlığım varsa fikirlərimə düzəliş versinlər
Badamlı və Sirab suları və eləcə də digər təbii sərvətlər XALQINDIR...XAlQIN malını talayanlar cəzalandırılmalıdır, tutduğu vəzifədən asılı olmayaraq. Bizdə əsasən tutduğu vəzifə nə qədər böyükdürsə, yəni məmur hansı yüksək vəzifəni daşıyırsa, onun əmlakı da digərlərindən bir o qədər çox, əhatəli olur...
Çox gülməlisiniz)))“Badamlı” və “Sirab” suları təkcə Naxçıvan deyil, bütünlükdə bir Azərbaycan brendidir. Onun mənbəyi isə Azərbaycana məxsus olan təbii sərvətimizdir. Neft və təbii qaz necə milli sərvətimizdirsə, “Badamlı” və “Sirab” da o cür milli sərvətdir. Ona görə də, ondan əldə olunan qazancın hansısa talançı məmurun cibinə axması yolverilməzdir. Ancaq rəsmi mövqe bildirilənləri baltalamağı tərgidin
naxçıvandakı təbii mineral su və mineral suya vurulan qaz yataqları var və onlar milliləşdirilməlidir
Bəlkə bu cənab bu şirkətləri yaradanda bankdan faizlə kredit götürüb, müvafiq qurumların qapısını günlərlə döyüb, bəlkə tər töküb belə şirkətlər yaradıb? Azərbaycanda bu praktikadan birdəfəlik imtina edilməlidir. Naziri, icra başçısını vəzifədən azad edirlər, sonra deyirlər get kef elə. Məni düz qəbul edin, korrupsiyaya şəraiti dövlət özü yaradır. “Görüş yerini dəyişmək olmaz” sovet filmində mayor Jeqlov deyir ki, oğru türmədə oturmalıdır. Bəli, oğrunun yeri penitinsiar xidmətinin müvafiq müəssisələridir. Məs., bir naziri vəzifədən azad edirlər, həmin nazir İsmayıllı rayonunda “Şeraton” otelini tikir, Bakının çıxacağında iri nəqliyyat şirkəti yaradır, o biri şirkət rəhbəri İsmayıllı rayonunun Bədo deyilən yerdə topdasğıtmaz ev və helikopter üçün oturacaq meydançası tikir, sabiq nəqliyyat nazirinin oğlu ölkədən kənarda milyonlarla qələt edir. Bu hələ bildiklərimizdir. Odur ki, nə qədər məlum olan və məlum olmayan şirkətlər varsa hamısını müəyyən edib kimlərəsə deyil, dövlətin nəfinə keçirmək lazımdır. Hər halda dövlətin büdcəsi müəyyən qədər dolar. Maliyyə resursları da müəyyənləşdirilməlidir. Talıbovların hamısını Bakıya həsrət qoymaq lazımdır, qoy Naxçıvanda yaşayıb əhalinin nələr çəkdiyindən özləri dadsınlar. Bunu hamı bilir ki, bunlar hörümçək toru kimi maraqlı vəziyyət yaradıblar. Hamısı bir-birini dəstəkləyir. Vətəndaş haraya müraciət edirsə bu dairə vətəndaşın ağzından vurub qapədan gheri qaytarır. Bunların çevrəsinin kimlərdən ibarət olması dövlət qurumlarına da məlumdur. Hərdən pişiklə siçanın oyunu gözüm önünə gəlir. Pişik simanı oynadır, o vaxta qədər ki, siçan qaçıb əldən düşür, ondan sonra pişik onu hap edir. Bilmirəm, bəlkə də bir oxşarlıq var Talıbovların işində. Daha sonra, çoxBəlkə bu cənab bu şirkətləri yaradanda bankdan faizlə kredit götürüb, müvafiq qurumların qapısını günlərlə döyüb, bəlkə tər töküb belə şirkətlər yaradıb? Azərbaycanda bu praktikadan birdəfəlik imtina edilməlidir. Naziri, icra başçısını vəzifədən azad edirlər, sonra deyirlər get kef elə. Məni düz qəbul edin, korrupsiyaya şəraiti dövlət özü yaradır. “Görüş yerini dəyişmək olmaz” sovet filmində mayor Jeqlov deyir ki, oğru türmədə oturmalıdır. Bəli, oğrunun yeri penitinsiar xidmətinin müvafiq müəssisələridir. Məs., bir naziri vəzifədən azad edirlər, həmin nazir İsmayıllı rayonunda “Şeraton” otelini tikir, Bakının çıxacağında iri nəqliyyat şirkəti yaradır, o biri şirkət rəhbəri İsmayıllı rayonunun Bədo deyilən yerdə topdasğıtmaz ev və helikopter üçün oturacaq meydançası tikir, sabiq nəqliyyat nazirinin oğlu ölkədən kənarda milyonlarla qələt edir. Bu hələ bildiklərimizdir. Odur ki, nə qədər məlum olan və məlum olmayan şirkətlər varsa hamısını müəyyən edib kimlərəsə deyil, dövlətin nəfinə keçirmək lazımdır. Hər halda dövlətin büdcəsi müəyyən qədər dolar. Maliyyə resursları da müəyyənləşdirilməlidir. Talıbovların hamısını Bakıya həsrət qoymaq lazımdır, qoy Naxçıvanda yaşayıb əhalinin nələr çəkdiyindən özləri dadsınlar. Bunu hamı bilir ki, bunlar hörümçək toru kimi maraqlı vəziyyət yaradıblar. Hamısı bir-birini dəstəkləyir. Vətəndaş haraya müraciət edirsə bu dairə vətəndaşın ağzından vurub qapədan gheri qaytarır. Bunların çevrəsinin kimlərdən ibarət olması dövlət qurumlarına da məlumdur. Hərdən pişiklə siçanın oyunu gözüm önünə gəlir. Pişik simanı oynadır, o vaxta qədər ki, siçan qaçıb əldən düşür, ondan sonra pişik onu hap edir. Bilmirəm, bəlkə də bir oxşarlıq var Talıbovların işində. Daha sonra, çox maraqlıdır, nəyə görəsə Korrupsiyaya qarşı mübarizə idarəsinin vəzifələrini DTX həyata keçirir?. Korrupsiyaya qarşı mübarizə idarəsi lüləmi qurudur?
Sovet döneminde aparılan geoloji keşfiyyat işlerinin neticesi gösterib ki,Naxçıvanda mövcud olan daş duz yatağının hecmi 90 milliard tondur.”Badamli” ve “Sirab” mineral su ehtiyatlarının şse yalnız 12-13 %- den istifade olunur,hele diger faydslı qazınti ehtiyatlarını demirik ki bu torpaqlarda urandan tutmuş qızıla kimi yatawlar mövcuddur ki oğul lazımdır ki bunu milletin istifadesine versin.
Sehv etmiremse bu Şah İsmayıl Xetainin şahlığı zamanı olub.Ölkenin Qazisi rüşvet alıb ve Şah emr edir ki iki dar apacı qurulsun.O bu dar ağaclarının birinde Qazını,digerinde vetilen ve alınan rüşveti - pul kisedini dara çekdirir.
Adamın ağlı donur ki yenş bu 27 ilde ölkede heç bir qurumun Naxçıvanda neler bsş verdiyinden xebeei olmayıb.Bes onda bu ölke nece ve kimler terefinden şdare olunur ve bu millete kim ve kimler heszbat vermelidir.Axı bu millet ve xalq olmadz nu ölkeye ne başçılar ne de memurlar lazım deyil,bunlar ise xalqın adından danışıb onun anasını melefibler.Bunu meger Allah götürer.
qoruxmaliyiq bu insanlardan hetta zeher qatib milleti zeherleyede bilerler
Burada təəcüb doğuran nə var? Azərbaycanda büyün iri şirkət.firmalar ............Bu Azərbaycan reallıı,insanların işsiz qalması və yaşayış səviyyəsinin vəziyyətini sübut etmirmi?