Menu

İran səfiri İtaliya XİN-ə çağırılıb

28.12.2022, 09:15
İran səfiri İtaliya XİN-ə çağırılıb

İranın Romadakı səfiri İtaliyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın “Le Monde” saytına istinadla xəbərinə görə, İranda son 3 ayda qadın etirazçılara qarşı zorakılıqlarla bağlı Məhəmməd Rza Saburi nazirliyə çağırılıb. Diplomatla görüş çərşənbə gününə nəzərdə tutulub.

Qeyd edək ki, bu günlərdə İtaliyanın xarici işlər naziri Antonio Tayani İrandakı vəziyyəti “qəbuledilməz rüsvayçılıq” kimi xarakterizə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol