ALİ MƏHKƏMƏ HAKİMİNİN DİPLOMU SAXTADIR - FOTOFAKT

Dekabrın 23-də Milli Məclisin Plenar İclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə aparılan müzakirələrdə deputat Etibar Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun diplomunun saxta olması barədə fikir səsləndirməsi böyük marağa səbəb olub.

Yenisabah.az-a bu barədə olduqca maraqlı məlumat daxil olub. Məlumatda deyilir: "Etibar Əliyevin Abiddin Hüseynovun diplomunun saxta olması barədə səsləndirdiyi fikirlər doğrudur. Hakim Abiddin Hüseynov bioqrafiyasında təqdim etdiyi ali məktəbin adını səhv yazmaqla hakimiyyətin yüksək orqanlarını aldatmağa nail olub. 

Belə ki, Ali Məhkəmənin saytında onun Rusiya Hüquq Akademiyasını bitirdiyi göstərilir. Əslində o, mövcud olmayan bu akademiyanı deyil, Dağıstanda lisenziyasız fəaliyyəıət göstərən “Yujdağ” instititunda təhsil alıb (Diplomun surəti əlavə olunur)".

Məlumatlı şəxs deyib ki, A.Hüseynov qanunsuz fəlaiyyət göstərən bu institutda cəmi 2 il təhsil alıb: "Diplomda göründüyü kimi, guya əyani formada təhsil alıb. Bu dönəmdə o, 2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Demək əyani təhsil qeyri-mümkündür. Adam bioqrafiyasında bitirdiyi ali məktəbin adını bilərəkdən səhv yazıb, 2 il “təhsil aldığı” qanunsuz ali məktəbin diplomu ilə 7 il Apellyasiya məhkəməsində, 2020-ci ildən indiyə kimi isə Ali Məhkəmənin hakimi vəzifəsində çalışır. Analoqu olmayan hadisə baş verib. İki illik saxta diplomla məhkəmə sisteminin ən yüksək instansiyalarında hakim işləmək olarmış".

Məlumatlı şəxs hesab edir ki, Məhkəmə Hüquq Şurası bu məsələni ciddi araşdırıb Abiddin Hüseynovun məkəmə orqanlarından xaric olunması barədə qərar qəbul etməlidir.

635x100

Şərhlər

M.Qocayeva 2023-01-09 15:11:15

Anar Bağırovun Vəkillər Kollegiyasına sədr təyin olunduqdan sonra, 2-dəfə Vəkillərin Test imtahanından 89 bal və axırıncı dəfə 96 bal toplayan namizədin vəkil olmasına imkan vermədilər ? 60 bal toplayan vəkil oldu, 96 bal toplayan isə vəkil ola bilmədi ? Hörmətli Yurnalist bunlar araşdırılmalı və Anar Bağırovun fəaliyyətinə hüquqi qiymət verilməlidir

Prezidcenti sevən 2023-01-08 21:40:20

Hörmətli Yurnalist, Azərbaycanda 2-DƏFƏ Hakimliyin Test imtahanından ən yüksək bal toplayAN namizədin Hakim olmasına imkan verməmişlər ? Onlar araşdırılmalı və mətbuatda dərc olunmalıdır, çünki gedən prosesləri xalq bilməlidir.

İ.Mustafaoğlu 2022-12-28 23:02:13

Görünür Abiddin Hüseynovun arxası böyükdür ? Yoxsa bu vəzifəyə gəlib çatmazdı ?

Camaat 2022-12-28 22:36:34

Əsas diplomun saxta olması deyil.Əsas odurki antimilli ünsür olasan.

Eli 2022-12-28 14:07:31

Dünyada belke de tek tek milletlerdenik ki ,rüşvet verib övladlarımızı da milletimizi bedbext edirik.Yene de ümüd Türkiyye ve Avropa ABŞ ve diger ölkelerde tehsi alan genclerimizedir ki onlar da Vetene qayıtsa,çünki bura qayıdanlara ele de isti münasibet gösterilmir,teni bursnın da öz “Talıbovları” ve onların eziz xelef b gül balalatı var ki pul gücüne onlar da hemin ölkelerde tehsil alıblar.

Nur Mustafayev 2022-12-28 13:24:56

Azərbaycanda 10-15 savadlı və ədalətli hakim var ki, onlardan da biri Abiddin Hüseynovdur. Təmiz adamı qaralayırsınız. ALLAHDAN qorxun!

t.ədalət 2022-12-28 13:09:17

Əgər bu adamın diplomu saxtadırsa,onda onun mühakimələri də doğru ola bilməz.İndiu elə bir dönəmdə yaşayırıq ki, bəlkə də bunun elə də əhəmiyyəti yoxdur.Ölkəmizdə hərbi xidmətdə olmayanlar,fərarilik edənlər hətta nazir təyin olunurlar,general rütbələri alırlar..

Tim 2022-12-28 11:40:25

Gör nəqədər adam günahsız içəridədir

Son yazılar