Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin yeni müavini təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama görə, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Natiq Şirinov buna qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb. O, İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Natiq Şirinova 12 fevral 2021-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

O, həmçinin Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsində də çalışıb.