NAXÇIVANDA TAKSİ SÜRÜCÜLƏRİ AKSİYA KEÇİRİB - Talıbovun qadağasına etiraz ediblər + VİDEO

Bu dəqiqələrdə Naxçıvanda bir qrup taksi sürücüsü Ali Məclis binasının qarşısında etiraz aksiyası keçiririr.

“AzPolitika.info” xəbər verir ki, Naxçıvanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər “Naz-Lifan” markalı avtomobilin onlara real qiymətindən dəfələrlə baha qiymətə satıldığını bildirir, bu sahədəki bir sıra problemlərin həllini tələb edirlər.

Məlumat üçün qeyd edək ki, Naxçıvanda şəhər ərazisində yalnız “sarı taksi”lərin fəaliyyətinə icazə verilir. Digər şəxslərin fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olması qadağandır.

Naxçıvanda taksi fəaliyyəti ilə məşğul olan şəxs mütləq şəkildə Rza Talıbovun taksi şirkətinə qoşulmalı, “Naz-Lifan” markalı avtomobildən istifadə etməli və vahid formada işə çıxmalıdır.

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar