ABŞ səfirliyi hücum qorxusuna görə işçilərinə İslamabaddakı Marriott otelinə girişə qadağa qoymasından bir gün sonra Səudiyyə Ərəbistanı və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr də öz vətəndaşlarına Pakistanda hərəkətlərini məhdudlaşdırmağı tövsiyə edib.
“Dawn” xəbər verir ki, təhlükəsizlik xəbərdarlığında Səudiyyə Ərəbistanı səfirliyi səudiyyəlilərə və pakistanlılara artan terror təhlükəsi fonunda ehtiyatlı olmağı və hərəkətlərini məhdudlaşdırmaq tövsiyə olunub. Onlardan ehtiyatlı olmaq və hər hansı bir zərurət olmadıqda çölə çıxmamaları istənilib: “İslamabadın təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib” deyən xəbərdarlıqda səudiyyəlilərin zərurət yarandığı təqdirdə səfirlik və konsulluqla əlaqə saxlamalı olduqları qeyd edilib.
Həmçinin, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) Mansehra dairəvi yolu ilə N15/N35 Çilas qovşağı, N45 arasındakı N35 (və ya Karakoram şossesi) hissəsində Pişəvərə və Xeyber-Paxtunxvanın müxtəlif rayonlarına səyahət etməmək tövsiyə olunub.
Eynilə, Avstraliya da vətəndaşlardan təhlükəsizlik vəziyyətinin zəif və adam oğurluğu riskinin yüksək olması səbəblərindən Çitral istisna olmaqla, Bəlucistan və Xeyber-Paxtunxvaya səyahət etməməyi xahiş edən səyahət tövsiyəsini paylaşıb. Vətəndaşlarına həmçinin qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən Əfqanıstan və Hindistanla sərhəd bölgələrə (Lahor, Vagah, Kasur, Narowal və Sialkot istisna olmaqla) səyahətdən çəkinməyə çağrılıb.
Pakistana səfər edən potensial səyahətçilərdən qeyri-sabit təhlükəsizlik vəziyyəti və yüksək terror hücumları, adam oğurluğu və zorakılıq təhlükəsi səbəbindən qərarlarını yenidən nəzərdən keçirmələri xahiş edilib.
L.SƏMLA
AzPolitika.info


Şərhlər