Menu

Ukrayna SQ Rusiya ordusunun yeni itkilərini açıqlayıb

29.12.2022, 23:12
Ukrayna SQ Rusiya ordusunun yeni itkilərini açıqlayıb

“Rusiyanın Ukraynada itkiləri yenidən artıb - Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Berdyansk yaxınlığındakı düşmən mövqelərinə endirdiyi zərbə nəticəsində onlarla rus əsgəri məhv edilib”.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Zaporojye vilayətinin Berdyansk rayonunda atışma zamanı 50-dən çox rus hərbçisi zərərsizləşdirilib.

Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya ordusunun mövqelərinə 12 zərbə endirib.

Ukrayna artilleriyası gün ərzində Rusiya ordusunun 4 komanda məntəqəsini və 3 toplaşma rayonunu vurub, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol