Menu

9 ay ərzində sürücülər 45 mln. manat cərimə olunub

14.11.2014, 18:00
9 ay ərzində sürücülər 45 mln. manat cərimə olunub

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı 1,7 mln. inzibati xəta qeydə alınıb.

Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 59,3% çoxdur.

Hüquqpozmalara görə sürücülər 45 mln. manat cərimə olunub.

Elə həmin dövr ərzində YNH sayı 9,2%, qəzalar nəticəsində zərər çəkənlərin sayı 10,6% azalıb.

Eyni zamanda, 1993 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 845 nəfər həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol