Menu

Akar dost ölkələrin Şimali Kiprin müstəqilliyini tanıyacağına ümid edir

30.12.2022, 14:40
Akar dost ölkələrin Şimali Kiprin müstəqilliyini tanıyacağına ümid edir

Ümidimiz odur ki, dost və qardaş ölkələr yaxın zamanda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyini tanıyar.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, gündəm artıq Şimali Kipr Türk Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasıdır.

Türkiyə müdafiə naziri Şimali Kiprin bu yaxınlarda Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduğunu da xatırladıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol