Menu

Qarabağdakı hotellərə nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 30 %-ə qaldırılıb

30.12.2022, 15:48
Qarabağdakı hotellərə nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 30 %-ə qaldırılıb

Gələn ildən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən mehmanxanalara nağdsız qaydada ödənilən ƏDV-nin 30 %-nin geri qaytarılacaq.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Qarabağdakı mehmanxanalara nağd qaydada ödənilən ƏDV-nin isə 5%-i geri qaytarılacaq.

Xatırladaq ki, hazırda sözügedən nisbətlər müvafiq olaraq 15 % və 10 %-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol