Menu

Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17,5%-ə qaldırılıb

30.12.2022, 16:15
Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17,5%-ə qaldırılıb

Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5%-i geri qaytarılacaq.

Bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılıb, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol