Menu

VASİF TALIBOVUN QARDAŞININ YERİNƏ TƏYİNAT OLDU - Bakıdan göndərildi

30.12.2022, 16:33
VASİF TALIBOVUN QARDAŞININ YERİNƏ TƏYİNAT OLDU - Bakıdan göndərildi

Baş Prokurorluğun İstintaq İdarəsinin rəsi müavini Sənan Paşayev tutduğu vəzifədən azad edilib. "Report"un əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun digər əmrinə əsasən, o, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini vəzifəsinə təyin olunub.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini daha əvvəl Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi.

Şərhlər

Moshu 2022-12-31 22:44:17

Hər belə bir xəbər gecikmiş olsa belə hər bir Azərbaycanlının ürəyindən xəbər verir. Baş Prokurora hansısa iradım yoxdur. Ancaq bir məsələ məni çox düşündürür, indiyə qədər bilmirdilərmi bu postu hansı hüquqdan uzaq birisi tutub. Təyinatlar heç də qabiliyyətə, savada uyğun aparılmır. Nə qədər ki, vəzifəyə təyinat qohumluq əlaqələrinə görə aparılacaqsa vay bizim halımıza.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol