Menu

Energetika Nazirliyinin xidməti avtomobillərinin sayı 30-dan 9-a endirilib

30.12.2022, 20:00
Energetika Nazirliyinin xidməti avtomobillərinin sayı 30-dan 9-a endirilib

Energetika Nazirliyinin xidməti minik avtomobillərinin say həddi azaldılıb.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir ƏIi Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, nazirliyin xidməti minik avtomobillərinin sayı 30-dan 9-a endirilib. Həmin avtomobillər isə yalnız nazirliyin aparatının istifadəsində olacaq.

Beləliklə, nazirliyin yanında olan orqanlar üzrə və ərazi və yerli bölmələr üzrə xidməti minik avtomobillərindən istifadə ləğv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol