Menu

ABŞ-ın müvəqqəti işlər vəkili Azərbaycanı Yeni il münasibətilə təbrik edib

31.12.2022, 12:33
ABŞ-ın müvəqqəti işlər vəkili Azərbaycanı Yeni il münasibətilə təbrik edib

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, təbrik ABŞ-ın Azərbaycandakı səfirliyinin tviter səhifəsində paylaşılıb.

"ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevaranın Azərbaycan xalqına Yeni il təbrikini sizinlə bölüşürük! Sizə xoşbəxt və firavan Yeni il arzu edir və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik", - təbrikdə deyilir.

Videomüraciətində diplomat 2023-cü ildə Azərbaycan mətbəxi, adətləri, mədəniyyəti haqqında daha çox öyrənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol