2015-ci ildə ağır cinayətlərdə ittiham olunaraq həbs edilən MTN generalı Akif Çovdarovun adı 2020-ci ilin aprelində Əfv Komissiyası tərəfindən koronavirusa görə əfv edilən xəstə və yaşlı məhbusların siyahısına salındı. O zaman vəkilləri və bəzi komissiya üzvləri bunu onunla əsaslandırmağa çalışdılar ki, Çovdarov ağır xəstəlikdən əziyyət çəkir, ömrünü başa vurmağa çox qalmayıb. Amma Çovdarov necə “ağır xəstə” idisə, həbsdən çıxdığı gün əlində şərab piyaləsi ilə sosial şəbəkələrdə poz verdi...
Akif Çovdarov kimdir, nəyə görə həbs edilmişdi - bu barədə cəmiyyətdə az-çox məlumat var. O, keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi olub, general-mayor rütbəsi daşıyıb. Akif Çovdarov 2015-ci ildə həbs edilib və Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Əslində, o zaman da hakimlər MTN generalına böyük “güzəşt” edərək, bu qədər cinayətlərin qarşılığında ona cəmi 12 il cəza vermişdilər. Hansı ki, bu maddələrin hər biri ilə onu azı 15 il sərt rejimli həbsxanaya göndərmək mümkün idi...
Çovdarov ömrünün 5 ilini həbsxanada yaradılmış lüks şəraitdə keçirdi və onunla eyni həbsxanada olanlara vəd etdiyi kimi, tezliklə azadlığa çıxdı. Ancaq bununla da kifayətlənmədi və üstəlik, yuxarıda sadalanan cinayətləri törətməklə ələ keçirdiyi əmlaklarını da geri aldı. Nonsens budur.
O, vəzifədə olduğu dövrdə yığdığı var-dövləti quldurluq, talama, vəzifə saxtakarlığı, rüşvətalma cinayətləri ilə əldə edib və bu ittihamların heç biri onun üzərindən götürülməyib, bəraət verilməyib. Amma Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov 30 milyonluq var-dövləti “gözünü yumub” ona qaytardı.

Azərbaycan reallıqlarında bir hakimin müstəqil şəkildə, öz qərarı ilə bunu etməsi mümkündürmü? İnandlırıcı görünmür... Bu təxribatçı qərarı kim verib, nəyə görə verib, mütləq sorğulanmalıdır. Çünki bu cür qərarlar dövlətin, siyasi hakimiyyətin nüfuzuna zərbə vurur...
Cəmiyyətdə Akif Çovdarov məsələsinə münasibət birmənalı olaraq mənfidir. Bu qərarlar dövlətə, hüquq sisteminə inamı sarsıdan, məmur cildində cinayətkarlıqla məşğul olan şəxsləri həvəsləndirən qərarlardır. Belə çıxır ki, dövləti tala, vətəndaşı orta əsr metodları ilə cəzalandır, haqq qoy, işgəncə ver, əmlakını əlindən al, amma layiqli cəzanı alma, üstəlik, dövlət cinayət yolu ilə əldə etdiyin sərvəti sənə geri qaytarsın...
Bu bibarıçığı görən vətəndaş özünü, hansısa sahibkar, xarici investor sərmayəsini təhlükəsiz hiss edərmi?... Əlbəttə yox!
Çovdarovun əmlakını qaytaranlar görünür bu haqda fikirləşmir. Bəs onlara nəzarət edən səlahiyyətli orqanlar necə, bu cür qərarların Azərbaycan dövlətinin imicinə nə qədər böyük ziyan vurduğunun fərqindədirlərmi?!
E.Rüstəmli
“AzPolitika.info”

Şərhlər
edalatsiz dunyada yasayiriq her sey gozlamak olar
ƏHSƏN SƏNƏ KOMPROMAT.
Balam bunlardan birinin əsli Hindistan ermənisi (Hindistandan İrana köçüblər.sonra Azərbaycanda peyda olublar) Digəri yezii kürd.Əlbəttə elə olacaq.
iDARƏÇİLİYİN FACİƏSİ ! NİYƏ BUNLAR AYIBLARINA KOR OLUB NƏTİCƏ ÇIXARMAQ İSTƏMİR?BUNLAR HƏYA ABIR ANLAMIRLAR?
Çovdarovun haqqında ikinci əhv qərarının əsl səbəbləri niyə açılmır? Burada dövlət sisteminin idarçiliyi itirdiyi faktı təsdiqlənmirmi? Belə hallar baş verən ölkədə əhalinin təhlükəsizliyini hansı qarantiya ,qanun müdafiə edəcək?Bəs Konstitusiya,Qanun, Cinayət Məcəlləsi? Məgər hüquq mühafizə orqanları ölkə əhalisini,onun yaşamını.əmlakını mühafizə etməli deyillər?
Ölkə niyə bu Hala salındı?
Sonra Avropada,Amerikada bizə qarşı qərarlar qəbul ediləndə dəli oluruq ki,görəsən niyə biz haqlı olduğumuz halda bizim səsimizi eşitmirlər?Belə əcaibliklərə görə,mənim əzizlərim,belə tragikomik məsələlərə görə bizi saymırlar.Nə qədər boğazdan yuxarı danışsaq da Türkiyədən,Pakistandan və İsraildən başqa bizi vecinə alan yoxdu bax bu cür işlərimizə görə.Çətinə düşən kimi də deyirik,gərək səsimizi daha çox eşitdirək,nə bilim,diasporayla daha çox iş görək.A balam,bəşəriyyət kardımı,eşitmirmi?Üstəlik internet,kosmos əsridi,bilin ki,televiziyada,radioda dediyimiz hər kəlməni,hər hərfi eşidir bəşəriyyət,hətta nəyi necə jestlə dediyimizi də araşdıran xüsusi orqanlar mövcuddur,incələyirlər,düşünürlər,yozurlar.Amma bizi bizdən yaxşı öyrəndikləri halda bizə qarşı çıxırlarsa səbəbini başqa yerdə axtarmayın,çünki səbəbi bax belə biabırçılıqlardır. Cibində bir baş nəşə tutulan adama da 12 il,buna da?O cür ittihamlarla ki bunu həbs etmişdilər buna ömürlük həbs olmalıydı,amma srokundan 7 il əvvəl azad edilir.Həm də taladıqları da qaytarılır.Yəni,bağışla,əfv et bizi,bir səhv idi eləmişik.Başına dönək,qurban olaq,bizdən şikayət eləmə,balalarımız var-filan.Həqiqətən də,əgər bu qalibdirsə,demək o ittihamların hamısı yalan imiş,saxta imiş.Elə isə o ittihamları buna yapışdıranlar həbs edilməlidir.”Gül kimi” adama böhtan atıblar deyə.Böhtan atmağın cəzası var axı cinayət məcəlləsində.Yoxsa bunu necə başa düşsün bəşəriyyət?Bizim başa düşüb düşməməyimizin heç bir əhəmiyyəti yoxdu onsuz da,necə deyərlər,”vur başına qapazı,al çörəyi əlindən” tiplilərdənik.Bizə qarşı qərarlar qəbul edən ölkələr ki var Qərbdə,bax onların başa düşmələri önəmlidir.Deməzlərmi bu necə olur,böhtan atan da azadlıqdadı,böhtan atılan da,amma hansısa blogger həbsdədi.Xəzinəni çalıb çapan Talıbovlar da ata-bala “xəstədir”,azadlıqdadır,bu da “xəstədir” azadlıqdadır.Filankəslər,peşmankəslər də villalarındadı,ya xəstədirlər,ya da namaz qılmağa başlayıblar.Villada həyətdə hovuz,hovuzun içində balıqlar,seriallarda gördükləri kimi hovuzdan çıxıb xələtə bürünüb tacir Əsgər kimi yellənən kresloda yellənə-yellənə viski içə-içə qrammafon oxudurlar,qucaqlarında da ser Henri Baskervilin balaca itinnən,sığallaya-sığallaya it görməyən günləri görürlər.Millət isə ləlöyün döyür ac-qarına.Bayramda bir manat da verdilərmi,qıydılarmı barmağını soran qara camaata?Utanmadan telefona da mesajlar gəlir “1 manat balans qazanmaq şansınız var.Günü 17 qəpik”.Neft-qaz milyardları arasından acından qarnı quruldayanlara hırıldaya-hırıldaya deyirlər ki,1 manat qazana bilərsən.Gündə 17 qəpik verməlisən amma.Ola bilər qazanmayasan.Dilxor olma onda.Şansdı dəə.O xarici paltarlarda etiket olmur?Onnandu dəə.Boyunuzu yerə soxum.Biz 1 manat qazanammırıq millət olaraq,boynuyoğun feodo-xəzineyi-kapitalist gəmiricilər yellənən kresloda yellənə-yellənə enkevede əlbisəli qazanpapaq aşıqların “Kamilovun tayı hanı bu yerdə” mahnısına qulaq asırlar.Çünki qoca şərqdə kompromat deyilən şey haqq-ədalətdən və dünya qanunlarından irəlidir.Daşdan keçən kompromatların varsa çal-çap tala yığ doldur altını,yetim-yesirə göndərilən makaron-vermişeli də kamyonuyla,TIR-ıyla çək həyətinə,ver malları öz marketinə,üstünə də yapışdır dədəvin qiymətini,sonra da içində balıqlar olan hovuzda balıqlarla oynaşa-oynaşa çim,hesab elə ki su pərilərinin arasındasan.Çünki “Sənaye malları” bazarında reklam lövhəsində “A” hərfi düşüb,ona görə olub ”Sən ye malları”.Mən yeməyim,o yeməsin,biz yeməyək,onlar yeməsin,sən ye yəni.Bazarkom Nadirə deyəndə ki,a kişi,bəs deyirdin mənim müştərilərimin hamısı böyük adamlardu,akademiklərdi-filandu,hanı bəs,o da deyib ki pisləri də var,bazardu dəə.Bəli.Həqiqətən də bazardı.
onu cinayət məcəlləsinin maddələrindən kənarda saxlamaqla görünməmiş ədalətsizliyə imza atmış cinayətkar məhkəmə işçiləri təcili uzun müddətli həbsə məhkum olunmalıdırlar.Bu əclaflar yəqin o qədər pul qopardıblar ki,10 il yatmalı olmaga belə daxilən hazırdılar.Hesablayıblar ki,gündəlik komfort şəraitində türməyə hər il deyək ki,100 min azn lazımdır,10 il yatsa milyon pul edir.Demək aşagısı bu baş kəsəndən hər biri 10 milyon qoparıb ki,bu riskə getməyi göz önünə alıblar
Sadalanan əmlakların məmurun əmək haqqı ilə əldə olunması mümkün deyil.Bu onu təsdiq edir ki,bu əmlaklar rüşvərlə və hədə qorxu ilə mənimsənilib.Hər iki hal qanuni sayıla bilməz.Bəs bu üsullarla əldə olunan və konfiskasiya edilən əmlaklar hansı əsasla geri qaytarılır?Bunun izahı tələb olunmurmu və ictimaiyyətə niyə çatdırılmır.Biz hansı ölkədə və hansə əsrdəyik?Bəs dövlət.dövlət nəzarəti?
Çovdarov qohumluq əlaqəsindən istifadə edib Azərbaycan hüquq-mühafizə orqanlarının nüfuzunu yerlə bir etdi.Vasonu bu qədər topa tuturlar,kişinin oğlu Çovdarov kimi adam öldürməyib.
Bunlar bu quldur toplusu kimlərdisə biz millətdən qisas alırlar. Millətə trilyonlar atılıb. Heç kim cəzalandırılmır. Bu o deməkdir bu millətə kim nə qədər çox atır atsın. Bunların damarlarından millət qanı axmır. Axsa öz millətinə qarşı bu qədər amansız əzazil heç kim olmaz. Millət acından ölür bu kimlərsə isə öz keflərindədirlər. Bunun bir sonu olmalıdır. Dünyada sonsuz heç nə yoxdur. Təfəkkürümüzdən uzaq olan kainatın da sonu var. Ancaq biz toparlanıb millət olub öz malımıza pulumuza vətənimizə torpağımıza sahib çıxmalıyıq. Yoxsa bu quldurlar bizim axırımıza çıxacaqlar.
onu cinayət məcəlləsinin maddələrindən kənarda saxlamaqla görünməmiş ədalətsizliyə imza atmış cinayətkar məhkəmə işçiləri təcili uzun müddətli həbsə məhkum olunmalıdırlar.Bu əclaflar yəqin o qədər pul qopardıblar ki,10 il yatmalı olmaga belə daxilən hazırdılar.Hesablayıblar ki,gündəlik komfort şəraitində türməyə hər il deyək ki,100 min azn lazımdır,10 il yatsa milyon pul edir.Demək aşagısı bu baş kəsəndən hər biri 10 milyon qoparıb ki,bu riskə getməyi göz önünə alıblar.
Bəs Prezident bu məsələyə necə baxır?
Bu beynəlxalq hüquq tarixinə düşəcək, sivil dünyada analoqu görünməyən bir ədalət pozuntusudur. Yəqin ki, fakt olaraq qeydə alınacaq, dünyanın hüquq təhsili verən nüfuzlu universitetlərində dərsliklərə salınıb tələbələrə mühazirə ediləcəkdir. Bu rüsvayçılıq Azərbaycan respublikasında baş vermiş bir hadisə kimi tarix elminin də yadında qalacaqdır.
Bu hüquq sisteminin yrtıq olduğunu təsdiq etdi.....
çox gülməli və çoz ağlamalı vəziyyətdə olan bir millətik.
Nəticənin belə olacağı ilk gündən məlum deyildi məgər? Burada qeyri-adi nə var ki?
Hakim kimdir ki gözünü yumub əmlakı qaytarır ? Ona deyiblər ,o da əmrə tabedir , hakimlər bu gündədir
Təbii ki, Azərbaycan məhkəmələrinə bu sayaq "əsərləri" yazdıran və müəlifin də qeyd etdiyi kimi ("Bu qərarlar dövlətə, hüquq sisteminə inamı sarsıdan, məmur cildində cinayətkarlıqla məşğul olan şəxsləri həvəsləndirən qərarlardır)". dövlətin imicinə bununla zərbə vuean bu sahədəki sistemin başıbnda duran Ədliyyə Naziridir. Ona görə de belə bir vəziyyət də Ədliyyə Naziri də kadr islahatları fonunda artıq bu sistemin başından götürülmılidir.
O gün olsun Tağınında(metro) pullarını qaytarsınlar,"kişi"əziyyət çəkib через turniket pul yığıb sələm fırlıyırdı.
Bu hüquq sisteminə, insanların hissiyatına tüpürməkdir. Bu məhkəmə sisteminin olmamasıdır.
bBelə halların AZərbaycanın bir qanuni və sivil dövlət olmasına ciddi kölgə salmırmı? bəs niyə və nə üçün dövlətin hüquq mühafizə orqanları belə hallara yol verir.Çovdarovun istıyi ölkənin müstəqilliyi və qanuniliyindən irəlidirmi? Əgər əvvəlcə hüquq-mühafizə orqanları yanlış qərarlar veribsə o zaman niyə həmin şəxslər aşkarlanıb mühakimə olunmurlar?Belə hallar Azərbaycana ləkə deyimi?