Menu

Bakıda dava zamanı 21 yaşlı gənc iki bıçaq zərbəsi alıb

02.01.2023, 09:26
Bakıda dava zamanı 21 yaşlı gənc iki bıçaq zərbəsi alıb

Bakının Sabail rayonunda 21 yaşlı gənc bıçaqlanıb.

"Report"un məlumatına görə, 2002-ci il təvəllüdlü Bəşirov Elmar Mehman oğlu tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun sağ baldır və bud nahiyəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

Bəhi Dəxi 2023-01-02 10:19:39

Nə vaxtacan bizlər bir birimizlə zəif hərəm kimi deyil, bıçaqsız, silahsız, KİŞİ kimi savaşacağıq? Bir qərinə keçib, on mindən çox azərbaycanlı öz doğma yuvası uğrunda soyqırımla məhv edilib, həbsdə heç on nəfər yoxdur? Hansı İnsanlığa, Kimlərə və nəyə xidmət edirik???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol