Menu

"Lufthansa"ya məxsus təyyarə Bakı aeroportuna təcili eniş etməli olub

04.01.2023, 10:39
"Lufthansa"ya məxsus təyyarə Bakı aeroportuna təcili eniş etməli olub

Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

"Report"hava limanına istinadən xəbər verir ki, göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol