Menu

Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb

04.01.2023, 19:12
Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb

Ukrayna yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır.

APA xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "ABC News"a müsahibəsində bildirib. O, ən qaynar döyüşlərin martda gözlənildiyini bildirib.

Budanov əks-hücumun Krımdan Donbasadək bütün əraziləri əhatə edəcəyini qeyd edib. Əlavə edib ki, Ukraynanın məqsədi beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış 1991-ci ilin sərhədlərinə qayıtmaqdır.

O, əks-hücumun Rusiyanın Ukraynada sonuncu məğlubiyyəti ilə nəticələnəcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol