Menu

Qarabağın futbolçusu müqavilə üçün Macarıstana yollandı - FOTO

05.01.2023, 15:06
Qarabağın futbolçusu müqavilə üçün Macarıstana yollandı - FOTO

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək. Sportlife.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ”Ferentsvaroş” klubu ilə müqavilə bağlayıb.

Fotodan da göründüyü kimi Ovusu bu gün Budapeştdən İstanbula, oradan da Antalyaya yollanacaq.

Bildirilir ki, “Qarabağ”la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol