“KREML TACI” UĞRUNDA MÜBARİZƏ BAŞLAYIB...” - "Onlar Putini devirmək və..."

“Priqojin və Şoyqu arasında gedən bu mübarizə Rusiyanı böyük bir hərbi fəlakətə sürükləyəcək

“Putini əhatə edən qruplaşmalar arasında siyasi mübarizə artıq başlayıb. Onlar Putini devirmək və onun “Kreml tacı”nı ələ keçirmək uğrunda bir-biriləriylə yarışırlar”.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu qondarma “dnr”-in keçmiş müdafiə naziri, rusiyalı hərbi ekspert İqor Strelkov bildirib.

Onun sözlərinə görə, Kremlin zirvəsində gedən döyüşdə əsas mübarizə “Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin və müdafiə naziri Sergey Şoyqu arasında gedir: “Yevgeni Priqojinin qruplaşması Sergey Şoyqunun daxil olduğu qruplaşmaya qarşıdır. Onlar artıq mübarizəyə başlayıblar. Bu mübarizə o qədər qızışıb ki, artıq biz də hiss edə bilirik”.

Strelkov Priqojinin “siyasi aktyor” olmaq istədiyini, bunun üçün ictimaiyyət arasında öz nüfuzunu artırmağa çalışdığını bildirib: “Onun müdafiə naziri, hətta prezident olmaq istədiyinə dair məlumatlar var. Priqojinin mətbuatdakı son çıxışları ondan xəbər verir ki, indi o, özünü təkcə müharibə komandiri kimi deyil, həm də ictimai və siyasi xadim kimi qiymətləndirir”.

“Priqojin və Şoyqu arasında gedən bu mübarizə Rusiyanı böyük bir hərbi fəlakətə sürükləyəcək. Yüksək səviyyəli komandirlər həlak olacaq və ardınca kütləvi səfərbərliklər başlayacaq. Biz ikinci, hətta üçüncü səfərbərliyə belə şahid ola bilərik. Ukraynada qələbə qazanmaq üçün Rusiyanın ən azı yarım milyona yaxın hərbçiyə ehtiyacı var”, - Strelkov bildirib.

“AzPolitika.info”

635x100

Şərhlər

Aldanmış Kəvakib 2023-01-05 16:43:20

Artıq, Ukraynadan imtina edənlər də anlayır ki, Kreml Xarici Ssenarilərini *qərb*(Ağ ev)lə şərt və sövdələşmələrlə qururmuş? On illər aparıcı və sivil *qərb*ilər Ukraynaya Kremlin *payı* kimi və hədəsinə görə cəlb etməyib, hazırda da guya müdafiə edir?

Taleh 2023-01-05 16:12:51

Priqojin bir kulinar kimi "iştah diş altındadır" məsələni yaxşı bilir. Prezident olmaq həvəsi də onda "Vaqner"dən sonra yaranıb. Baş tutsa "aşpazlıqdan prezidentliyə" adlı memuar yaza biləcək.

Son yazılar