Menu

Valyutadəyişmə məntəqəsinə qumbara atılıb - Yaralananlar var

05.01.2023, 17:59
Valyutadəyişmə məntəqəsinə qumbara atılıb - Yaralananlar var

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol