Menu

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir

05.01.2023, 23:56
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dinc aksiyaya qoşulan ekofəallar bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edirlər.

Eyni zamanda aksiya iştirakçıları dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 25 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Şərhlər

Rauf 2023-01-06 02:44:11

İnsanıarın haqqın yeyib, Rusiyada çox nöyük çinayətlər törədib. Bizim 4000 qədər ƏİDGGV var. Onlar hanı? Mənə elə gəlir biz Beynəlxalq Qızıl Xaç Qırmızı Aypara cəmiyyətindən təlıb etməliyik ki, orada vıtəndaşlarımızın olmasından narahatıq. Yoxlanılsın faktlar təqdim olunsun. Biz bu istuqamətdədə tələb qoysaq yaxşı olar. Əgər nəticə olmasa xüsusi təyinatlılar həmin məntəqələrdə əməliyyat keçirməlidir

Rauf 2023-01-06 02:36:31

Azərbaycan Ordusu ərazini murdarlardan təmizləyərkən həmin ərazidə çlxarıkdıgı ehtimal edilən ƏİDGGV Xankəndində saxlamayacagdılarki. Təbii ki, onları belə yerlərə daşıyıb doldurublar. Nədə ki, belə zərərli yerlərdə Xankəndində rusların yalvarıb saxladıgı sakinləri işləmız. Yəni son anda Vardanyan rusları şantaj edib ki, burda belə şeyıər var. Dünya sizı nə deyəcək. Siz o Vardanyanın sifətində şeytanı görmürsüzki. Bu adam

Rauf 2023-01-06 02:25:19

Hadisələr necə cəryan etdi. Əvvəlcə "sülhməramlılar" bizi ora buraxmaq istədi, sonra separatçı rejim buna imkan vermədi. Burda çox fərziyyələr ortaya çıxır. Məsələn, fərziyyələrdən biri orada yalnız ekoloji çinayət deyil, insanlıga qarşı daha agır cinayətin icra edilmədiyini, əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarımıza (ƏİDGGV) qarşı törədilən cinəyətləri istisna etmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol