Menu

İslandiya ən təhlükəsiz ölkə seçilib

06.01.2023, 11:49
İslandiya ən təhlükəsiz ölkə seçilib

Əfqanıstan uzun sürən humanitar böhranın məngənəsində olduğu üçün dünyanın ən təhlükəli ölkəsi hesab olunur.

“Khaama Press” Beynəlxalq Sülh və İqtisadiyyat İnstitutunun (IEP) illik hesabatı olan Qlobal Sülh İndeksinə (GPI) əsasən, 163 ölkədə təhlükəsizlik səviyyəsi qiymətləndirilib. Əfqanıstan iki il ardıcıl olaraq 163-cü yerdə göstərilib.

2021-ci ilin qiymətləndirməsində Əfqanıstan dünyanın ən təhlükəli ölkəsi, İslandiya isə ən təhlükəsiz ölkə seçilib.

Hesabatda beynəlxalq sülh göstəricilərinə görə birinci yeri tutan İslandiyadan sonra Yeni Zelandiya, İrlandiya, Danimarka, Avstraliya, Portuqaliya, Sloveniya, Çexiya, Sinqapur və Yaponiya ilk onluğa daxildirlətr.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol