2022-ci ildə Azərbaycan 2 992 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 10,3% çoxdur.
Təkcə ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracının dəyəri 875,2 milyon ABŞ dolları təşkil edib ki, bu da III rüblə müqayisədə 32,8% çoxdur.
Təkcə dekabr ayında isə qeyri-neft məhsullarının ixracının dəyəri 303,5 milyon ABŞ dolları olub.


Şərhlər
Nə xoş xəbər! Maşallah, Azərbaycanın tək nefti və qazı yoxdur ki. Can Azərbaycanın hər yer qızıldır. Şükür Allaha. Təki Ramiz Mehdiyevlər, Vasib Talıbovlar və sairə olmasın!