Ruslar və ukraynalılar vahid xalqdır, kilsə onların düşmən olmaması üçün hər şeyi etməlidir.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill deyib.
"Bu, Kiyev Vaftiz ayininə ibadət edən bir xalqdır, lakin bu, çox böyük bir xalqdır. Ağ dənizdən Qara dənizə qədər... və bu böyüklük, başqaları arasında həmişə qorxu, paxıllıq yaradıb. Buna görə də qədim zamanlardan xarici qüvvələr çalışıb ki, bu, xalqı parçalasın, onları bir-birindən ayırsın və hətta bir hissəni digərinin üzərinə qaldırsın.
Bu gün Ukraynada hər şey edilir ki, ukraynalıların gözündə Rusiya həqiqətən düşmənə çevrilsin və ukraynalıların gözündə rus xalqı, ruslar başqa xalqa çevrilsin. Lakin kilsə ukraynalıların və rusların heç bir halda düşmənə çevrilməməsi üçün hər şeyi etməlidir”, - deyə Patriarx vurğulayıb.


Şərhlər
Məntiqlə düz deyir bu rus MOLLASI.Bunlar QƏDİM UKRAYNA XALQINDAN törəyən BİCLƏRDİR. Emənilər kimi.
Qundyayev sarsaqlayır! Ukrayinlər və ruslar bir xalq deyillər! O da tarixi heç bilmir. Ya YALAN püskürür!
Bu keşişin başı xarab olub.Bəs,Putinin Ukraynalı körpələri qətlə yetirdiyini,rus ziyalılarının uşaqları suda boğmaq kimi müdhiş bir təklif verməyini bu keşiş görmür?Lənətə gələsiniz!Dünyada sivil əhalini və körpələri qıran Rusiyanın patriarxı bundan başqa nə deyəcəkdi ki?
ЕЙ Крилл.ЕСЛИ ОДИН НАРОД,ТОГДА ЗАЧЕМ УБИВАЕТЕ ДРУГ-ДРУГА? ЧЕГО НЕ МОЖЕТЕ ДЕЛИТЬ? КОГДА ПОУМНЕЕТЕ?