"Sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiyanın da 40 manat artımla 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim edilməsi tapşırılıb".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, builki yeni sosial islahat proqramı üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub: "Ümumilikdə isə son 5 ildə minimum əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqında 52 faiz, orta aylıq pensiyada 80 faiz, müavinət və təqaüd ödənişlərində 3,5 dəfə, əmək müqavilələri sayında 33 faiz, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub".


Şərhlər
5 ildə infilyasiyanin faizi nə qədər artib.Ərzaq və dərman monopolistləri qiymətləri təkcə bu il 35_40 faiz artiriblar.1.5 il ushaga qulluqa gorə 44 manat 1.5 il də 28 manat ushaga qulluq pulu verirsən.Pampersin pulunu belə odəmir verdiyin Hec gorəsən bunlarda utanan uzmu var..Necə qəzəblənməyəsən bashqa shey əlimizdən gəlməsə də bir shey əlimizdən gəlir. urəyimizdə də olsa.....
Bunun bir arzusu amalı var ki yetim-yesirin şikəstlərin xəstələrin psnsiyasını kəssin. Qardaşıma sovet hökuməti pensiya verirdi 150 manat qolu açılmır,qolu işləmir. Dedilər barmaqların tərpənir kəsdilər pensiyasını. Allah da bunları kəssin,canımız içimizdəki erməni qanı olanlardan qurtarsın
S.Babayevin bütün proqramları əhalinin zərərinə vəziyanna,mənimsəməyə hesablandığına nədənsə heç kim diqqət etmir.Nəticədə əhali getdikcə ağır duruma düşür.Buna möhrətəm Prezident nəzər yetirməsinə böyük ehtiyac vardır.