Menu

Şuşaya 10 sm qar yağıb: Yollarda təmizləmə işləri aparılır – FOTOLAR

08.01.2023, 10:38
Şuşaya 10 sm qar yağıb: Yollarda təmizləmə işləri aparılır – FOTOLAR

Şuşa şəhərində qar yağmaqda davam edir. “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 9-10 sm-ə çatıb.

Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol