Menu

Çin alim və mühəndisləri arasında ölümlər artıb

08.01.2023, 12:14
Çin alim və mühəndisləri arasında ölümlər artıb

Çində yeni növ koronavirusa (COVİD-19) qarşı bir sıra məhdudiyyətlər ləğv ediləndən sonra ölkədə onlarla aparıcı alim və mühəndisin ölümü qeydə alınıb.

APA-nın “South China Morning Post” qəzetinə istinadən verdiyi xəbərə görə, 15 dekabr 2022-ci il - 4 yanvar 2023-cü il tarixlərində Çin Mühəndislər Akademiyasının 20 üzvü vəfat edib.

Qeyd edək ki, 2017-2021-ci illərdə il ərzində orta hesabla Çin Mühəndislər Akademiyasının 16 üzvü vəfat edib.

Xatırladaq ki, keçən il dekabrın əvvəllərində Çin karantin rejimini yumşaldıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol