“RUSİYANIN PARÇALANMASINA HAZIRLAŞMAĞIN VAXTIDIR” – “Nə Qərbin siyasəti, nə Putin özü bunu dayandıra bilməz”

Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzündən təxminən bir il sonra siyasətçilər, analitiklər və jurnalistlər arasında demək olar, Rusiya Federasiyasının Ukraynadakı müharibəsinin nəticələri barədə - Rusiyanın məğlubiyyət, xüsusilə, onun parçalanması barədə hansısa disskusiya yoxdur.

Rutqers Universitetinin (Nyu-York) politologiya professoru Aleksandr Motıl «Foreign Policy» nəşrinə yazdığı məqalədə qeyd etdiyi kimi, kollaps və Rusiyanının parçalanması potensialını nəzərə alsaq, bu, «xəyalın çatışmazlığıdır». O, əlavə edib ki, yaxşı və ya pis olmasından və ya Qərb üçün nəticəsindən asılı olmayaraq, buna hazır olmaq lazımdır («UNİAN»).

«Bu barədə ən müxtəlif ssenarilər mövcuddur ki, Ukraynadakı müharibədə Rusiyanın məğlubiyyətinin daha da aydın olmasından sonra, Rusiyada nə baş verə bilər? Hər şeydən əvvəl bu, Rusiya Prezidenti Vladimir Putinin vəzifədən getməsidir ki, bundan sonra hakimiyyət uğrunda qəddar mübarizə başlayacaq - barışmaz millətçilər arasında. Hansı ki, onlar hərbi səylərin davam etdirilməsini və avtoritar mühafizəkarlar arasında mövcud olan siyasi iyerarxiyanı məhv etmək istəyirlər. Sonuncular sistemin mövcud olmasında və yarımdemokratik hərəkatın dirçəlməsində maraqlıdırlar, hərəkat isə müharibənin dayandırılmasına və Rusiyada islahatların aparılmasına istiqamətlidir. Bu məsələdə biz, bilmirik ki, kim qəlib gələcək, amma əminliklə deyə bilərik ki, hakimiyyət uğrunda mübarizə rejimi zəiflədəcək və Rusiyanı qalan potensialdan da məhrum edəcək» - o, yazır.

Bu zaman, Motılın sözlərinə görə, zəifləmş rejim pis fəaliyyət göstərən iqtisadiyyatla ard-arda rusiyalıları öz arxasınca küçələrə çıxmağa sövq edə bilər, mümkündür ki, hətta əldə silah olmaqla. Bundan başqa, Rusiya Federasiyasının (RF) bəzi subyektləri böyük müstəqillik yolu seçmək qərarına gələ bilərlər.

«Başlıca namizədlər Tatarıstan, Başkortostan, Çeçenistan, Dağıstan və Saxadır. Əgər Rusiya bu təlatümləri yaşasa, güman ki, o, Çinin müştəri-dövləti olacaq. Əks halda Avrasiyanın xəritəsi tamam başqa cür görünəcək» - professor qeyd edir.

O, hesab edir ki, əgər Rusiyanın parçalanması Sovet İttifaqının və başqa imperiyaların dağılması yolu ilə gedərsə, bu, Rusiya elitasının iradəsi və ya Qərbin siyasəti ilə az bağlı olar, nədən ki, burada daha əhəmiyyətli elita struktur qüvvələri hərəkətə gətirilmiş olarlar.

«Putin Rusiyası bir-birini gücləndirlən ziddiyətlərdən əzab çəkir ki, onlar daha kövrək dövlət formalaşdırıblar… Onlar Ukraynadakı hərbi, mənəvi və iqtisadi məğlubiyyəti özündə cəmləşdirib, həm də bu kövrəklik və effektsizlik hiper mərkəzləşdirilmiş Putinin siyasi sisteminin məhsuludur - onun şəxsiyyətə pərəstişinin çöküşüdür, onun məğlubiyyəti, xəstəliyi və əyani qocalması ilə bağlıdır (Rusiyanın sərsəm təsərrüfatsızlığı, neftdən asılı iqtisadiyyatı, cəmiyyətin daha böyük qatlarına nüfuz etmiş qarşısı alınmaz korrupsiya, böyük etnik və regional parçlanmalar…)" - Motıl davam edir.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2023-01-09 00:41:32

Rusiyanın parçalanması labüddür.

Son yazılar