İRAN-ERMƏNİSTAN İTTİFAQI AZƏRBAYCANA QARŞI... – Regionda iri hərbi toqquşamalar baş verə bilər

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov hesab edir ki, regionda köhnə münaqişələrin qızışması ilə yanaşı yeni hərbi toqquşamalar, eskalasiyalar baş verə bilər. Ekspert hesab edir ki, Rusiyanın Ukraynada məğlubiyyəti, İran ətrafında gərgin situasiya proqnozlaşdırılmayan hadisələrə gətirib çıxara bilər.

“AzPolitika.info” F.Məmmədovun potensial münaqişələrin səbəblərindən bəhs edən məqaləsini oxuculara təqdim edir:

“2023-cü il beynəlxalq beyin mərkəzlərinin mümkün müharibələrlə bağlı hesablamaları ilə başladı. Siyahıda Azərbaycanla Ermənistan arasında mümkün hərbi toqquşma da var.

Bununla belə, regionumuzda açıq hərbi toqquşma potensialının qaldığı və Azərbaycanla Ermənistandan heç də az risk daşımadığı bir neçə yer var.

Bu qarşıdurma xətlərini və müharibə ehtimalını vurğulayaq:

- İrana qarşı Azərbaycan

- İran Ermənistanla birlikdə Azərbaycana qarşı

- Rusiya Gürcüstana qarşı

- Rusiyaya qarşı Azərbaycan-Gürcüstan birliyi

- Rusiya və İran Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərinə qarşı.

Ukraynadakı müharibədə qeyri-müəyyənlik Cənubi Qafqazda müharibəyə səbəb ola biləcək proseslərə təsir edən əsas elementdir. Eyni zamanda, Rusiyanın aqressiyasının həm Ukraynada tam qələbə ilə, həm də məğlub olduğu halda Cənubi Qafqaza yayılması riski yüksəkdir. Çünki birinci halda SSRİ-2 layihəsinin icrasına başalayacaq, ikinci halda isə İranla birlikdə zəifləyərək Avropa və Asiya arasında quru yollara nəzarəti itirəcək. Onu da başa düşmək lazımdır ki, Rusiyanın resurslarının zəifləməsi və məhdudlaşdırılması regional gücləri “miras” uğrunda mübarizədə aktivləşdirəcək. Mən Cənubi Qafqaz regionunda İranın fəallaşmasını nəzərdə tuturam.

Rusiyanın Cənubi Qafqazda mövcudluğu digər oyunçuların təzyiqi altındadır: xüsusən də Türkiyə və ABŞ-Aİ birliyinin. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanacağı təqdirdə baş verməli olan proseslər - Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin açılması, Aİ-nin maliyyə paketlərinin həyata keçirilməsi, ABŞ-ın Ermənistanda güclənməsi Rusiyada mənfi qarşılanacaq. Moskva Ukraynada qələbə qazanacağı təqdirdə sülh müqaviləsinin yaratdığı reallığı qəbul edə bilərdi, lakin indiki şəraitdə bu, Rusiyanın maraqlarına uyğun deyil.

Bakı və İrəvan indiki şəraitdə sülh müqaviləsinə razılaşarsa, Rusiya o zaman “bizim maraqlarımız zərbə alırsa, nə olur-olsun” prinsipindən çıxış edərək İrana hərbi aktivləşməyə icazə verəcək. Bəs İran hərbi macəraya atılmağa hazır olacaqmı?! Suala bir cümlə ilə cavab versək, Azərbaycanın müttəfiqi Türkiyə, strateji tərəfdaşı, nüvə dövləti Pakistan və Səudiyyə Ərəbistanı narahatlıq ifadə etməklə kifayətlənməyəcəklər. Nəzərə alsaq ki, bu ölkələr İranla sərhədlərə malikdirlər.

İsraildə Benyamin Netanyahunun yenidən hakimiyyətə gəlməsi İranı da aktivləşdirib. Hazırda İrandakı daxili ziddiyyətlər gələcək eskalasiya üçün ən vacib şərtdir. Söhbət etirazların özündən yox, elitada bu etirazlara reaksiya ilə bağlı ziddiyyətlərdən gedir. Şərti olaraq qeyd edə bilərik ki, iki qrup var: SEPAH-ın zəif təhsilli, lakin çox nüfuzlu rəhbərləri olan radikallar və rejimin yumşaldılması istiqamətində ən azı müəyyən addımlar atılmasının tərəfdarı olan siyasətçilər, diplomatlar və regional qrupların nümayəndələri.

Totalitar rejimlər sistemli islahatlara gedə bilməz, xüsusən də ideoloji sahədə. İdeologiyada “yenidənqurma” həmişə sistemin məhvinə gətirib çıxarır.

Beləliklə, Cənubi Qafqaz regionu mövcud təbii münaqişə potensialı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsindəki vəziyyətdən, Rusiyanın resurslarının məhdudlaşdırılmasından və İranın proseslərə reaksiyasından irəli gələn müharibə təhlükəsi var. Bütün bunlar Türkiyədə seçki mənzərəsindəki qeyri-müəyyənlik fonunda baş verir. Şübhəsiz ki, Rusiya və İran rəhbərliyi Ərdoğanla rəqabətdə çətinlik çəkirlər, lakin münasibətlər xeyli inkişaf edib. Bu əlaqələri "proqnozlaşdırıla bilən gözlənilməzlik" və ya "rəqabətli tərəfdaşlıq" kimi təsvir etmək olar. Ərdoğanın hakimiyyətdən getməsi Rusiya və İran üçün problemlər yaradacaq, buna cavab olaraq regionda qısamüddətli hərbi güc tətbiqi nəzərdə tutula bilər.

Azərbaycanın indiki vəziyyətdə yeganə qabaqlayıcı addımı daxil olduğu koalisiyada situasiya fəallaşması, silahlı qüvvələrin gücləndirilməsi və düşmənə maksimum ziyan vuran silahlar əldə etməsidir. Təcavüzün qiyməti mümkün qədər baha olmalıdır. Bu günlərdə keyfiyyətcə yeni bir silahın nümayişinin çox faydalı olması da inandırıcıdır. Paralel olaraq, razılaşmaların qarantı qismində Türkiyənin iştirakı ilə İranla münasibətlərin normallaşması mümkündür”.

“AzPolitika.info”

635x100

Şərhlər

Senan 2023-01-09 17:22:13

Qarabağda məscidlərimizi viran qoyan sonra da həmin yerləri murdarlayan donuzların ittifaqı başlayır...

Son yazılar