Menu

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib

09.01.2023, 14:33
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib

Yanvarın 7-də Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilib.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən bildirilib ki, görüşü giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq, İcmanın fəaliyyətində qadınların həmişə böyük rolu olduğunu və bundan sonra da olacağına əminliyini bildirdi.

Əziz Ələkbərli bildirib: “Hələ XIX yüzildə İrəvan xanımları Avropanın tanınmış ali məktəblərində təhsil almışlar. Sovet hakimiyyətinin ilk illərində, sonrakı dövrlərdə də Qərbi Azərbaycan xanımları xüsusilə dövlət, elm və təhsil sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışlar, bu gün də çalışırlar. Qərbi Azərbaycan İcmasında da xanımlarımız müxtəlif strukturlarda təmsil olunurlar”.

Tədbirdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavinləri – Əməkdar jurnalist Telli Pənahqızı və filologiya elmləri doktoru Almaz Ülvi, Şura üzvləri iştirak və çıxış ediblər.

Sonda tədbir iştirakçıları İcmanın yeni inzibati binasında əməkdaşlar və Şuralar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Şərhlər

Eli 2023-01-09 15:32:42

Uca Allah milletimizi dar günümüzde de xoş günümüzde de nir yerde eylesin İnşaallah,güc birlikdedir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol