"TORPAĞIMIZ QAYITDI, ŞÜURUMUZ YOX..." - Sabir Rüstəmxanlı + VİDEO

"Yeni ildəki ilk görüşümüzdə mən çoxlarının xırda saydığı 2 məsələyə toxunmaq istəyirəm. Bunları Milli Məclisin ötənilki axırıncı iclasında da dilə gətirdim və müəyyən anlaşılmaz reaksiyalar doğurdu".

Bu fikirləri Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az saytının "Sabir Rüstəmxanlı söhbətləri" verilişində deyib.

Millət vəkilinin sözlərinə görə, Milli Məclisin son iclasında 2023-cü ilin ilk günündən doğulan uşaqların soyadlarının milli olması təklifi ilə çıxış edib.

1992-ci ildə soyad sonluqları ilə bağlı parlamentdə qərar qəbul edildiyini xatırladan millət vəkili son 30 ildə bu istiqamətdə ciddi dəyişiklik müşahidə edilmədiyini bildirib: "Çox az şey dəyişib. Sanki gizli bir əl bu prosesin inkişafına mane olur. Mən bu gün bəzi məktəblərə zəng vurub soruşdum. 2500 nəfərlik şagirdi olan bir məktəbdə təxminən neçə uşaq milli soyad daşıyır? Maraqlandım və məlum oldu ki, 1-ci sinifdə cəmi 2 nəfərin soyadı lı, li ilə bitir, qalanlarında ov-dur. O biri sinifdə 27 şagirddən 15-nin soyadı ov sonluğu ilə deyil. Onların da cəmi 2-3-ü lı, lü sonluğu ilədir. Yerdə qalan zadə-dir. Maraqlı bir prosesdi, sanki o "zadə"ni "ov"un əvəzinə ortaya atırlar. Bu da farsın şəkilçisidir. Bunun bizə nə aidiyyatı var? Mən hələ adları demirəm. Bakıda baxıram son vaxtlarda bir sıra qəribə adlar və soyadlar meydana çıxır. Ərəb adlarına meyillilik güclənir".

Millət vəkili soyad sonluqları, milli adlar, millətin özünüdərki ilə bağlı digər mühüm məqamlara da toxunub:

635x100

Şərhlər

abir Rüstəmxanlıya 2023-08-02 15:29:03

Sabir bəyi bir uzaq görən bir adam kimi düşünürdüm.Ancaq onun bu yazısı məndə onun uzaq görənliyinə və səmimiliyinə şübhə oyatdı.Sabir bəy indiyə kimi görmür və bilmir ki,insanların şüuru dümən qüvvələr tərəfindən idarə olunur.Bu qədər psixoloqlar.radio və televiziya insanların şüurunun,süşüncəsinin dəyişdirilməsinə 50 ildən artıqdır xidmət edir.Bunu görmək üçün heç nə lazım deyil.Bir az düşüncə və diqqət yetərlidir.Ölkə sabki satılıb (Brejnev v Sviqun). və rüşvətlə əə keçirilib

Eli-yə 2023-02-04 02:07:00

Eli bəy,şair fil qulağında yatıb.Onun xəbəri belə yoxdur ki,AZərbaycanda qalan ermənilər 1992-ci ildə kütləvi ad-soyadlarını dəyişib Azərbaycanlı olublar və artıq Ayrapetyan ya Vartanov soyadları,rantik,Aşot adlarını daşımırlar.Aşot-Arif,Vartan-Vaqif olub,yan-lar isə ov və zadələrlə dəyişdirilib.

Rüstəmxanlıya 2023-01-27 20:03:57

Xaıqın şüuru 50 ildir korladılır.Şair bunu hələ dərk edə bilməyib?

Bəhram 2023-01-16 15:19:15

Tarixi cəmi 3 əsr olan ABŞ 330 milyon nüfuzdur və soyadları fərqlidir! Xalq şairi nəzərə almır ki, soyadlar ev, ov, zadə olan on minlərlə erməni vətəndaşları doğma Azərbaycana xain çıxmadılarmı? 250 milyonluq SSRİdən qalma 140 milyonun Kremli isə şanlı 2ci dünya müharibəsini Hərbi Cinayətlə təkrarlamaq cəhdindədir? ABŞın bir amalı var-İqtisadi Rifah!

Vahid 2023-01-10 13:00:42

Övladına milli soyad verməyən ya cahildir, ya da qanı qarşıqdır!

Afiq 2023-01-10 10:25:00

50 ildir millətqetri milli idarəçilər tərəfindən sıxşdırılır.Bunu Sabir bəy görmür?Nağıllardan uzaqlaşb reallığa yönəlməsək daha pis olacaq.

Baba 2023-01-09 16:56:28

Düz deyirsən 100-lərlə milyardları Vasiflər quldurlar atırlar bizə....

RAHİM 2023-01-09 15:58:01

Birinci MM-dən başlamaq lazımdır SABİR BƏY.

Rahim 2023-01-09 15:56:24

SABİR BƏY YAXŞI OLARKİ MM- DƏ TƏMSİL OLUNAN TƏYİN EDİLMİŞ deputatlardan soruşun ki niyə indiyə. qədər MİLLİ soyadlarını qəbul etməyiblər.

Eli 2023-01-09 15:51:10

Gözel şair,gözel İnsan düz deyir,bizim “ ağıllanma” prosesimiz gedir ancaq çox leng gedir ve biz “ şüurlu” olanda birinci gerek leksikonumuzdan “ haralısan” kelmesini çıxaraq,menasız yerlibazlığa son qoyaq.

Eli 2023-01-09 15:43:33

Şair çox düz deyir,bu milletin,şexsiyyetin konkret olaraq şeref ve leyaqet meslesidir başda bu ile mesul olub bu işi teşkil etmeli olan memurlar ve deputatlar. ve hamı.

Son yazılar