Menu

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

15.11.2014, 10:20
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu gün axşam Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, saat 22:00-da Məmməd Araz və 00:00 radələrində Yusif Vəzir Çəmənzəminli küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olanacaq.

Sözügedən küçələrdə nəqliyyatın hərəkəti təxminən 04:00 radələrində tam olaraq bərpa olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol