Menu

Qarabağda çalışanlar bu aydan əlavə 600 manat alacaqlar – 10 il sığorta ödəməkdən də azaddırlar

11.01.2023, 11:07
Qarabağda çalışanlar bu aydan əlavə 600 manat alacaqlar – 10 il sığorta ödəməkdən də azaddırlar

Yanvar ayının əvvəlindən “Əmək Məcəlləsində” yeni dəyişikliklər qüvvəyə mindi. Məcəllədə işğaldan azad oluna ərazilərmizdə- Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutur.

Dəyişiklikləri şərh edən, iqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, “Əmək Məcəlləsinə” “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Onun sözlərinə görə, peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər bu kateqoriyaya daxil ediləcək.

“Həmin vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı hər il 600 manat birdəfəlik müavinət ala biləcəklər. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar”, - iqtisadçı qeyd edib.

Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. 

“Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80, sonrakı 3 ildə 60 və uyğun olaraq daha sonra 40 faiz olacaq”, - o əlavə edib.

V.Bayramovun sözlərinə görə, fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:

“Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək”.

İqtisadçı qeyd edib ki, yanvardan etibarən işğaldan azad olunan ərazidə çalışan vətəndaşlaırmız artıq maaşına əlavənin hesablanması, hər il 600 manat birdəfəlik müavinətin alınması hüquqlarına malikdirlər. Onun sözlərinə görə, sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Qarabağ Hesabdarı 2023-01-11 13:59:49

Məncə, 600 manat Əlavə Əmək Haqqı da deyil və beş, ya digər müddət də doğru görünmür? Azad olunmuş ərazidə xüsusilə quruculuq işində çalışanlar hər birinə həmin zonada (kənd, qəsəbə, rayon, şəhər) tam məskunlaşana qədər gündəlik Ezamiyyə Xərcləri maaşa əlavə kimi, yəni çox da olmayan günə 20 nanat hesabı ilə ödənilə bilər. Unutmaq olmaz ki, Qarabağ köçəcək ailələrə R.Köçəriyən 25 min ABŞ dolları başlıq təşkil edirdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol