Menu

Ermənistanda polis idarəsinə qumbara atılıb

11.01.2023, 23:00
Ermənistanda polis idarəsinə qumbara atılıb

Ermənistanda naməlum şəxs polis idarəsinə qumbara atıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Hadisə Geğarkunik vilayətinin Vardenis rayonundakı polis idarəsində baş verib.

Qeyd olunur ki, partlayış nəticəsində xəsarət alan olmayıb, polis binasına ziyan dəyib.

Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat qrupu yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol