Menu

“Daşnaksütyun” üzvlərinin saxlanmasının təfərrüatları açıqlanıb

12.01.2023, 13:43
“Daşnaksütyun” üzvlərinin saxlanmasının təfərrüatları açıqlanıb

Ermənistan İstintaq Komitəsi müxalif “Daşnaksütyun” partiyası üzvlərinin saxlanmasının təfərrüatlarını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Komitənin məlumatına görə, dünən həyata keçirilmiş axtarışlar zamanı “Ermənistan” blokuna aid işarələnmiş sənədlər tapılıb. Həmin sənədlərdə insanları aksiyalara rüşvətlə cəlb etməyə dair imzalar, pul alınmasına dair məlumatlar və s. aşkar olunub.

Əlavə olunub ki, "Daşnaksütyun"nun 3 nəfər üzvü saxlanılıb və istintaq davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol