Menu

Qarabağda neçə məktəb tikilir?

12.01.2023, 15:49
Qarabağda neçə məktəb tikilir?

“Laçında 2 nömrəli və Laçın-Zabux məktəbinin əsaslı təmir işlərinə başlanıb”. Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.

Onun sözlərinə görə, Ağalı kənd məktəbindən əlavə olaraq 2022-ci ildə Tərtər rayonu, Suqovuşan kənd məktəbi əsaslı təmirdən sonra hazırlanıb: “Hələ istismara verilməyib, amma açılışa hazırdır. Şuşada şəhərində, həmçinin Ağdam şəhərində 1 nömrəli 960 yerlik məktəblər tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir”.

O əlavə edib ki, Füzuli, Cəbrayılda və Zəngilanda 960 yerlik məktəblər tikilir:

“Şuşa Real Məktəbinin layihələndirmə işləri aparılır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol