“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyinin səlahiyyətlərinə təşkilata üzv ölkələrin bəyanatlarını şərh etmək daxil deyil”.
“Report” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.
O bildirib ki, KTMT-yə üzv ölkələr katiblikdən öz qərarları ilə bağlı anlayış gözləmirlər: "Katibliyin vəzifələri təşkilatın nizamnaməsində və digər sənədlərdə aydın şəkildə göstərilib”.
V.Unanyan söyləyib ki, katiblik təşkilatın orqanlarının fəaliyyətinə təşkilati, informasiya, analitik və məsləhət dəstəyini həyata keçirən işçi orqandır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi bu il KTMT-nin təlimlərinə ev sahibliyi etməyəcək.


Şərhlər
Kolletiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adına layiq daha demokratik və səmərəli təşkilata çevrilə bilərdi? 1inci konüllü və daxilə müdaxiləsiz sərhədlərin müdafiəsi. 2nci münaqişə tərəflərinin operativ təsirlə sərhədlərinə çəkilməsi. 3üncü MDB və digər üzvlərin müstəqil daxili fəaliyyətlərinə adekvat kollektiv birliklər yaratmamaq? Belə Beynəlxalq Nizamlama təşkilatı BMT, Aİ və NATOdan da faydalı, önəmli olardı?