Menu

Ermənistan Hindistandan "MRSAM" HHM almaq istəyir

13.01.2023, 14:12
Ermənistan Hindistandan "MRSAM" HHM almaq istəyir

Ermənistan Hindistandan "MRSAM" hava hücumundan müdafiə (HHM) sistemləri almaq istəyir.

APA Hindistanın IDRW portalına istinadən xəbər verir ki, bununla rəsmi İrəvan arsenalındakı sovet istehsalı S-125 “Peçora” sistemlərini əvəzləmək istəyir.

Məlumata görə, Hindistan tərəfi öz istehsalı "Akash" və "Akash-NG" sistemlərini təklif edib. Belə ki, Ermənistanın almaq istədiyi "MRSAM" sistemlərinin bəzi texnologiyaları İsraildən əldə olunub.

Bununla belə, portal həmin sistemlərin xarici ölkələrə satışına heç bir məhdudiyyətin qoyulmadığını xatırladıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol