Menu

Milli Məclisdə koronavirus infeksiyası ilə bağlı dinləmə keçiriləcək

13.01.2023, 15:13
Milli Məclisdə koronavirus infeksiyası ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən digər tədbirlər barədə” dinləmənin keçirilməsi nəzərdə tutulur.

"Report"un xəbərinə görə, bununla bağlı məsələnin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilməsi gözlənilir.

İşlər planı komitənin yanvarın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol