VASİF TALIBOVUN GENERAL YEZNƏSİ DANIŞDI - “Heç bir səlahiyyətim yox idi...”

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənın fikirlər isə absurddur”.

Bunu "gununsesi.info"-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi, MR-in Daxili İşlər nazirinin və Gömrük Komitəsi sədrinin müavini olmuş general Səbuhi Novruzov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Mətbuata açıqlamasında yaş həddi ilə bağlı hazırda təqaüdə çıxdığını deyən Səbuhi Novruzov, evində olduğunu bildirib: Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olunmuş faktlara aidiyyətim yoxdur. Çünki həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”. 

Qeyd edək ki, Səbuhi Novruzovun "heç bir səlahiyyətim yox idi” ifadəsi məsuliyyəti üzərindən atmaq cəhdi hesab olunur. Çünki son aylara qədər Naxçıvanda səlahiyyətli şəxslər hansısa vəzifəni tutanlar deyil, Vasif Talıbovun qohumları sayılırdı.  

Səbuhi Novruzov da Vasif Talıbovun yaxın qohumlarından biri olduğundan, gömrükdə baş verənlərdən xəbərsiz olması inandırıcı görünmür. Əlbəttə, həqiqəti istintaq ortaya çıxaracaq.

"AzPolitika.info"

635x100

Şərhlər

qaraguruh 2023-01-20 23:11:48

kral lir (vasif talıbov) gor nə gündəsən ki oğlun deyir mən onunla maraqlanmıram, eznən deyir mənim heş nədə əlim yoxdur--deməli bütün olan bitəni sənin üstünə atırlar--oysa sən heç pis adam olmamışsan--qoy bütün insanlar bilsin ki bu noqsanları sənin adınla güvəndiyin ətrafın edib--ətrafında isə kimler-kimler--tessüf--hürçendki yaxşı demeye yer yoxdur

Elsas 2023-01-13 18:19:35

Sebuhi Novruzovun heqiqetende hec bir selahiyyeti yox idi. Cunki Seymur Talibov idare edirdi Naxcivani. Aidiyyati olmayan bir teyinat oldu. DIN-den DGK-ne muavin. Gomrukde Seymurun elindeydi. Sebuhi Muellime demisdiler otur orda hec neyede qatisma. Yaziq ne getizdirirdi rusumunu odetdirirdiler. Ona gorede bilib bilmediyinizi yazmayin. .

Mubariz 2023-01-13 17:35:05

Sizlər bu Novruzovları tanımırsız ? Biri Binəqədidə yanan bina zamanı həbs edildi sonra yoxa çıxdı , digəi Yaşıllaşdırma idarəsinin rəisi , o biri Bakı kömrüyünün rəisi , biridə Naxçıvan DİN müavini ,analoqsuz inkişaf , indikilərin nəzərinə - çalışın özünüz yansanızda ,qohum əqrabanı vəzifəyə gətirəək onlarıda yandırmayın

Eli 2023-01-13 17:04:10

Böyük şairimiz Bextiyar Vahabzadenin çox meşhur ve mükemmel yazılmış bir poeması var:”Etiraf”.Mence vezifede olanlar ve çuxarılanlar onu oxusalar heç olmasa bir az meneviyyatlarında az da olsa deyişiklikler baş vere biler.Buna da inanmaq olmur.Ancaq bunlar haqqında verendaşkar arasında sorğu keçirilse tamam başqa menzere yaranar ve 99% içeri getmeli olar özü de ömürlük.

Son yazılar